PIULATTE ®

დედის რძე საუკეთესო საკვებია თქვენი პატარასთვის ! ნუ გავიწყდებათ, რომ ძუძუთი კვებაზე უარის თქმა - არის დედისა თუ ბავშვის ჯანმრთელობის პრობლემების ყველაზე ხშირი მიზეზი . თუმცა, სტატისტიკის თანახმად, დედების მხოლოდ 40 % კვებავს ძუძუთი თავის ჩვილს 6 თვემდე. ძუძუთი კვების ძირითადი პრობლემა არის დედის რძის ნაკლებობა (ჰიპოგალაქტია). ამ პრობლემას აწყდება მეძუძური დედების 57,8 %.

\r\n

ლაქტაციის გასაზრდელად (ანუ, დედის რძის მეტი გამომუშავებისთვის) სპეციალისტები რეკომენდაციას უწევენმხოლოდ უსაფრთხო საშუალებებს, რომელთა ეფექტი დადასტურებულია კლინიკური კვლევებით .

\r\n

ასეთ საშუალებას წარმოადგენს პიუ ლატე პლუსი .

\r\n

PİULATTE PLUS - ეს არის საკვები დანამატი, რომელიც შეიცავს სილიტიდილს (სილიბუმ მარიანუმს, ანუ რძის ნარშავს+ ფოსფატიდილსერინი ) და გალეგას (ანუ, თხის ბალახს).

\r\n

შეიცავს 2 ბუნებრივ გალაქტოგოგს (ნივთიერებას, რომელსაც შეუძლია მეძუძური დედის ლაქტაციის შენარჩუნება და გაზრდა) : სილიმარინი + გალეგა

\r\n

სილიმარინი (რძის ნარშავი) : აძლიერებს ლაქტაციას, აუმჯობესებს ღვიძლის ფუნქციას, აქვს ანთებისსაწინააღმდეგო მოქმედება.

\r\n

გალეგა ოფიცინალის: ლაქტაციის გაძლიერებასთან ერთად ამცირებს შაქრის დონეს სისხლში.

\r\n

ჰუმანას პატენტი სილიტიდილი - Silitidil® ( ზრდის სილიმარინის ბიოშეღწევადობას ფიტოსომების ხარჯზე)

\r\n

 \"\"

\r\n

ფიტოსომები : მიწოდების ეფექტური სისტემა, რომელიც ზრდის სილიმარინის შეთვისებას 20-ჯერ.

\r\n

ფოსფოლიპიდები : არეგულირებენ „სტრესის ჰორმონის“ - კორტიზოლის დონეს (კორტიზოლის მაღალი დონე ამცირებს ლაქტაციას), და ასევე ხელს უწყობს გუნება - განწყობის გაუმჯობესებას.

\r\n

ეფექტურია მასტიტის პროფილაქტიკის თვალსაზრისით (სარძევე ჯირკვლების ანთება);

\r\n

შენიშვნა: მიიღეთ 1-2 პაკეტი დღეში ჭამამდე 1 საათით ადრე ან ჭამიდან 1 საათში (უმჯობესია მიიღოთ დღის მეორე ნახევარში ) . პაკეტის შიგთავსი გახსენით წყალში ან სხვა სითხეში (?) საშუალო ზომის  ჭიქაში.

\r\n

 

\r\n

Литература: ლიტერატურა :

\r\n

1.   Wilinska M. et al.; Galactogogues and breastfeeding: focus on new natural solution for hypogalactia. Nutrafoods 2015; DOI: 10.1007/s13749-015-0034-9.

\r\n

2.   Gozák R. et al.; Silybin and Silymarin – new and emerging applications in medicine. Curr Med Chem 2007; 14: 315-338.

\r\n

3.   Zuppa A.A. et al.; Safety and efficacy of galactogogues: substances that induce, maintain and increase breast milk production. J Pharm Pharmaceut Sci 2010; 13 (2): 162-174. 4

\r\n

4.   Singh A. et al.; Phytosome: drug delivery system for polyphenolic phytoconstituents. Iran J Pharm Sci 2011; 7 (4): 209-219.

\r\n

5.   Di Pierro F. et al.; Clinical efficacy, safety and tolerability of BIO-C® (micronized Silymarin) as a galactogogues. Acta Biomed 2008; 79: 205-210 ;

\r\n

6.   E Zecca, AA Zuppa, A D’Antuono, E Tiberi, L Giordano, T Pianini and C Romagnoli Efficacy of a galactogogue containing silymarin-phosphatidylserine and galega in mothers of preterm infants: a randomized controlled trial European Journal of Clinical Nutrition (2016), 1–4

Hansı nutriyentlər gələcək ana üçün ən vacibdir

Qadın orqanizminin nutriyentlərə tələbatı I trimestrdən III trimestrə doğru artmaqda olur.

Əvvəlki məqalədə Sizə hamilə qadının əsas qidalanma qaydaları haqqında məlumat vermişdik. Bu dəfə isə bəzi çox vacib nutriyetlərdən danışmaq istəyirik ki, bu qida komponentlərini gələcək ana mütləq öz rasionuna daxil etməlidir.    

     

  • Dəmir

Hamiləlik dövründə qadın daha çox miqdarda dəmir qəbul etməlidir ki, bunun bir neçə səbəbi var. Birinci növbədə, böyüyən dölün təminatı üçün lazım olan qan həcminin artması.  İkinci səbəb isə ondan ibarətdir ki, hamiləliyin II yarısında bətndaxili inkişaf edən balacanın dəmir ehtiyatları formalaşmağa başlayır. Bu dəmir ehtiyatları həddindən artıq vacib sayılır, çünki körpə həyatın ilk aylarında onları fəal istifadə edəcək.  

 Dəmirin çatışmazlığı hamilə qadında dəmir defisitli anemiyanın inkişafına gətirib çıxara bilər ki, bu vəziyyət yorğunluq, zəiflik, təngnəfəslik, baş ağrıları, ürəkdöyünmə ilə təzahür edir.

Dəmir ilə zəngin qida məhsulları. Bunlar heyvani və ya bitki mənşəli ola bilər. Yayılmış fikirdən fərqli olaraq, heyvani mənşəli qida məhsullarının (yağsız mal əti, toyuq və hind quşu əti, qaraciyər) qəbulu daha məqsədəuyğundur.  Bunun səbəbi – heyvani mənşəli qidalarda bitki məhsullarından fərqli olaraq dəmirin sorulmaq üçün daha uyğun (“hem”) şəklində təqdim olunmasıdır.   

Bitki mənşəli dəmir mənbələrindən müxtəlif paxlalılar (lobya, mərci, yaşıl noxud və s.), badam, keşyu, yulaf kimiləri göstərmək olar. Bundan əlavə dəmirlə zəngin meyvə və tərəvəzləri də qeyd edmək lazımdır (ispanah, kələm, qara gavalı, nar, zoğal və s.)  

Lakin, yaddan çıxarmayın ki, dəmirin qidadan sorulmasına yanaşı qidalar da təsir edə bilər. Məsələn, çay, kofe və süd məhsulları dəmirin sorulmasını tormozlayır, buna görə də onları birgə qəbul etmək tövsiyə edilmir. Amma C vitamini, əksinə, dəmirin mənimsənilməsini artırır. Məhz C vitamini ilə zəngin qidaları (pomidor, bibər, kivi, qara qaraqat, kələm və s.) dəmir mənbəyi olan məhsullarla yanaşı qəbul etmək məqsədəuyğundur.

Hamiləlik dövründə dəmirə orta sutkalıq tələbat 18-33 mq təşkil edir.  Bəzi hallarda hamiləliyin II yarısından başlayaraq doğuşdan 6 həftə sonrakı müddətdə dəmiri qida əlavələri şəklində qəbul etmək olar. Lakin bu məsələ ilə bağlı mütləq həkim məsləhəti almaq lazımdır.

 

Fol turşusu (FT)

Çoxunun təəcübünə səbəb olan bir fakt ondan ibarətdir ki, fol turşusu ( B9 vitamini) haqqında hamiləlikdən əvvəl fikirləşmək vacibdir.Bunun səbəbi – fol turşusunun DNT sintezi üçün çox vacib olmasıdır ki, DNT- bütün bədən hüceyrələrin quruluşunun əsas komponentidir. Məhz buna görə də, hamiləliyin ilk həftələrində, beyin və başqa mühüm orqanların inkişafı zamanı bu nutriyentin lazımı səviyyədə olması çox vacibdir. Əgər bu mərhələdə bir neçə hüceyrədə belə defekt baş versə bu bütün sistemin defektinə gətirib çıxara bilər. Məsələn, sinir borusu baş və onurğa beyninin təməlini qoyur, buna görə də sinir borusunun defekti gələcəkdə uşağın əlilliyinə və ya ölümünə səbəb ola bilər. Həmin borunun hamiləliyin 3-4 həftəsindən inkişaf etməyini nəzərə alsaq, fol turşusunun qəbuluna niyə hamiləlikdən əvvəl fikir vermək lazımdır tam aydın olur.  Sübut edilmişdir ki, fol turşusunun hamiləlikdən 3 ay əvvəl və hamiləliyin ilk 3 ayında qəbulu sinir borusunun anadangəlmə defektinin riskini 70 % gədər azaldır. (Neural Tube Defect – NTD). Bundan əlavə olaraq, fol turşusu gələcək anada anemiyanın qarşısını almağa kömək edir.

Fol turşusu (folat) ilə zəngin qidalar.Bunlara paxlalılar, sitrus bitkiləri, yaşıl tərəvəzlər(kahı), kələm (brussel, brokkoli), porey, göbələklər, fındıq və s. Bilmək vacibdir ki, qida məhsullarından sorulan folatın miqdarı hamilə qadının təlabatını tam qarşılamır. Buna görə daha yaxşı olar ki, qadın tərkibində fol turşusu oln xüsusi hamilələr üçün nəzərdə tutulmuş vitamin – mineral kompleksləri və ya qida əlavələri qəbul etsin.  

Orta tövsiyə edilən doza təxmini 400-600 mkq təşkil edir. Buna baxmayaraq doza individualdır və həkimlə məsləhət mütləqdir.

 

  • Kalsium

Kalsium sümüklərin inkişafı, əzələlərin normal işi və dişlərin sağlam formalaşması üçün lazımdır. Hamiləlik dövründə kalsiuma tələbat artır. Birinci növbədə o qadının özünün dişlərini qoruyur və sümüklərin boşalmasının qarşısını alır.   İkincisi isə - hamiləliyin II yarısında körpədə kalsiumun ehtiytları formalaşır ki, bunlar həyatın ilk aylarında istifadə olunacaq. Kalsiumun çatışmazlığı raxitin yaranmasına səbəb ola bilər.  

Kalsiumla zəngin qida məhsulları. Bunlar əsasən süd və süd məhsullarıdır, yumurta, balıq, badam, ağ kələm, gül kələmi, xurma, kişmiş, qara çörək və s.

Yadda saxlayın ki, çay və kofe “taninlər” hesabına kalsiumun mənimsənilməsini pozur.

Hamiləliyin II-III trimestrlərində həkim ilə məsləhətdən sonra kalsiumla zəngin xüsusi vitamin-mineral komplekslər qəbul etmək olar. Bu dövrdə sutkalıq tələbat təxmini 1000-1300 mq təşkil edir.  

  • D vitamini

D vitamini kalsiumun bağırsaqda sorulmasında, sümüklərin normal minerallaşmasına lazım olan kalsium və fosforun qanda səviyyəsinin tənzimləmnəsində əsas rol oynayan vitamindir. Bu maddə sümüklərin möhkəmliyini təmin edən  və sınıqların qarşısını alan maddədir.  Əlavə olaraq, D vitamini həm əzələlərin funksiyasına, həm də immun sistemə müsbət təsir göstərir (infeksiyaların sayı azalır). Hal-hazırda sübüt olunmuşdur ki, Bu nutriyentin çatışmazlığı ilə metabolik sindromun (şəkərli diabet, ateroskleroz, piylənmə) arasında sıx əlaqə var.Hamiləlik dövründə yaranan D vitamininin defisiti həm qadının özündə, həm də körpədə bir sıra fəsadlarla nəticələnə bilər.

Maraqlıdır ki, D vitamininə olan tələbatın 90% günəş və ultrabənövşəyi süalanma altında dəridə sintez olunan D vitamini təmin edir. Buna görə də gələcək ananın açıq havada kifayət gədər vaxt keçirməyi vacibdir.  

D vitamini ilə zəngin qidalar. Əsasən, bu siyahıya heyvani mənşəli qidalar daxildir: yağlı balıq (qızıl balıq, sardına) qırmızı ət, yumurta sarısı və s. Tövsiyə olunur ki, hamiləlik boyü, əsasən də son trimestrdə, qadın 200-400 BV (5-10 mkq)  D vitamini qəbul etdin.

 

  • Yod

Yod(I) həyatın bütün mərhələlərində mühüm rol oynayan bir nutriyentdir.  Bu maddə həm qalxanvarı vəzinin düzgün fəaliyyətini tənzimləyır, həm də körpənin beyin inkişafına vacib təsir göstərir. Hamiləlik dövründə qadıının yoda olan tələbatı 1,5–1,9 dəfə artır.

Yod defisiti qarşısı alına biləcək koqnitiv pozulmaların ən geniş yayılmış səbəbidir.Yod çatışmazlığı qalxanvarı vəzinin funksiyasının zəifləməsinə, körpədə fiziki və əqli inkişafın ləngiməsinə, “kretinizm” adlanan ciddi vəziyyətə gətirib çıxara bilər. Bu hallarda yodun hətta cuzi defisiti uşaq beyninin inkişafına geriyədönməz mənfi təsir göstərə bilər ki, bunun nəticəsində gələcəkdə koqnitiv funksiyanın ciddi pozulmaları meydana çıxa bilər. Bəzi tədqiqatlarda yod defisitinin hamiləliyin vaxtından əvvəl pozulmasına səbəb olması haqqında məlumatlar da var.  

Yodla zəngin qidalar. Bunlara dəniz kələmi, dəniz balıqları və məhsulları, yodlaşdırılmış duz aiddir. Meyvə və tərəvəzlərdən alma, armud, qara qaraqat, xurma, feyxoa yod mənbəyi ola bilər. 

Tövsiyə edilir ki, hamiləlikldən heç olmasa 1 ay əvvəldən, hamiləlik dövründə və süd vermə zamanı gündə 150-250 mikroqram yod qəbul olunsun.

 

 

Məqaləmizin sonunda Sizə göstərmək istəyirık ki, hamiləlik dövründə balanslaşdırılmış qidalanma nə dərəcədə vacibdir. Aşağıdakı cədvəldə hamilə qadında mikronutriyentlərin defisiti hansı fəsadlara gətirib çıxarması haqqında məlumat vermişik. Özünüzün və körpənizin sağlamlığını qoruyun!

 

 

Defisit                                        Fəsadlar

 

FT, В1, В6, Е, А, I, Zn  -          Anadangəlmə qüsurlar (sinir borusu defektləri)

FT, I, Zn                                  Hipotrofiya (inkişafın ləngiməsi)

FT, В1, D                                 Yarımçıqdoğulma, vaxtından əvvəl doğuş

В6, В12, folat, I                      Hamiləliyin pozulma riski

В2, В6, В12, folat, Fe, Co        Anemiya

В1, В6, С, Е                             Hestoz(toksikoz) riski   

С, D, В12                                 Hestasion şəkərli diabet

D                                              Preeklampsiya, uşaqda skeletin formalaşmasının pozulması, hestasion diabet

С, Е                                           Eklampsiya (ağır qıcolma)

В6                                             Erkən toksikoz, ödemlər

В2 və РР                                   Anadangəlmə ürək qüsuru

В2, В6                                       Ətraflarda qüsur riski

Ədəbiyyat

  1. Wallingford JB, Niswander LA, Shaw GM, Finnell RH: The continuing challenge of understanding, preventing, and treating neural tubedefects. Science 2013, 339: 1222002
  2. WHO. Guideline: calcium supplementation in pregnant women // Geneva, World Health Organization, 2013.
  3.  Вржесинская О.А., Переверзева О.Г., ГмошинскаяМ.В., Коденцова В.М., Сафронова А.И.,Коростелева М.М. и др. Обеспеченность водорастворимыми витаминами и состояние костной ткани у беременных женщин. Вопросыпитания, 2015, 84(3): 48-54.
  4. С.М. ВОЕВОДИН, Т.В. ШЕМАНАЕВА.ПРОФИЛАКТИКА ПОРОКОВ РАЗВИТИЯ // МЕДИЦИНСКИЙ СОВЕТ, 2016, №2, c. 26-31
  5. В.М. КОДЕНЦОВА. ВИТАМИНЫ И МИНЕРАЛЫКАК ФАКТОР ПРЕДУПРЕЖДЕНИЯ ДЕФЕКТОВ РАЗВИТИЯ ПЛОДАИ ОСЛОЖНЕНИЙ БЕРЕМЕННОСТИ // МЕДИЦИНСКИЙ СОВЕТ, 2016, №9, c. 106-113
თქვენ უნდა შეხვიდეთ კომენტარზე